Elchin Ibrahimov's blog

Posts Tagged ‘sanitariya

Michael Hanson/Bill & Melinda Gates Fondu

2.5 milyard insanın sanitariya standartlarına uyğun tualetdən istifadə etməyə imkanı çatmır. Bu əsasən inkişaf etməmiş ölkələrdə yaşayan insanlardır ki, onların təmiz suya, elektrik enerjisindən və kanalizasiya sistemdən istifadə etməsi üçün lazımi infrastruktur yoxdur. Hər il minlərlə insan bu problemdən əziyyət çəkir və müxtəlif xəstəliklərə yoluxur.

Bunu nəzərə alaraq Bill Gates (Microsoft şirkətinin və Bill & Melinda Gates Fondunun qurucusu, filantropist) “Tualetin yenidən ixtira edilməsi” proyektini başlatmışdır. Onun fikrincə flaş tualet əsasən inkişaf etmiş və etməkdə olan ölkələrdə istifadə olunur və dünya əhalisinin 10 nəfərdən 4-nün bu cür tualetdən istifadə etməyə maddi imkanı çatmır. Buna görə də yeni və daha ucuz sanitariya standardtlarına uyğun gələn tualetin ixtirasına ehtiyac var.

Bu məqsədlə Bill & Melinda Gates Fondu müsabiqə elan etmişdir. Yeni tualet üçün bir sıra tələblər qoyulmuşdu: tualetdə sanitariya məqsədi üçün sudan istifadə olunmamalıdır (hal-hazırda istifadə etdiyimiz flaş tualet gündəlik içmək üçün istafdə etdiyimiz miqdardan 10 dəfə çox su sərf edir ki, bu da tükənən şirin su ehtiyatlarını səmərəsiz istifadəsinə səbəb olur), tualet çox ucuz və ekoloji davamlı olmalıdır və tualet insan nəcisini və sidiyi təkrar emal etmək üçün istifadə olunmalıdır. Beləliklə həmin tualet heç bir kənar infrastruktur (su, elektrik və kanalizasiya sistemi) olmadan fəaliyyət göstərməli, sanitariyanı bərpa edə bilməli və insan tullantılarını emal edib su, enerji və digər bəsləyici maddələr (duz və s.) istehsal etmə funksiyasına malik olmalıdır.

Keçən həftə proyektin qalibləri məlub olub:

3-cü yeri Toronto Universitetinin araşdırmaçıları qazanıb. Onların hazırladığı tualet qumdan istifadə edərək sidiyi filtrə edir və sidiyin qalığını ultrabənövşəyi işığın alında sterilizə edir. Nəcis isə qurudularaq qumdan hazırlanmış sobaya ötürülür və orada yandırılır. Beləliklə, 10 nəfərin tualet tullantıları 2 saat ərzində bu yolla təmizlənə bilər, bu prosesin nəticəsində qum və təmiz su qalır.

California Institute of Technology Prototype

Qalib Kaliforniya Texnalogiya İnstitutundan Michael Hoffman-ın prototipi

2-ci yeri Britaniyanın Loughborough Universitetindən olan kimya mühəndisləri tutub. Onların ixtiralarına görə sidik və nəcis xüsusi aparata yeridilərək orada 200 dərəcə istilikdə yüksək təzyiq altında emal edilir, bu da potogenləri öldürür. Daha sonra bu qarışığa birdən-birə atmosfer təzyiqiylə təsir edilir ki, bu da mayenin və qazların ayrılmasına gətirib çaxarır. Qaz istiliyi saxlamaq üçün, maye isə metanol əldə edib sistemin enerjisini təmin etmək üçün istifadə edilir (bəzən artıq qalan metanol məişət mədsədlər üçün də istifadə oluna bilər).

1-ci yerin qalibiysə Kaliforniya Texnalogiya İnstitutundan Michael Hoffman olub. O, ixtirası üçün 100.000 ABŞ dolları qazanıb. Onun hazırladığı tualet günəş enerjisindən istifadə edərək elektrokimyəvi proses quraraq, sidikdəki suyu parçalayaraq hidrogen və oksigənə çevirir. Hidrogen məişətdə və elektrik enerjisi istehsalı üçün istifadə edilə bilər. Oksigen isə sidikdəki duzla reaksiyaya girib xlor əmələ gətirir ki, bu da tualetin dezinfeksiya edilməsi üçün ideal vasitədir. Nəcisin qalıntılarıysa gübrə kimi istifadə oluna bilər.

Növbəti addım bu ideyaların prototiplərini testdən keçirtməkdir. Bu zaman hansı ideyanın daha real olduğu məlum olacaq.

Ümumilikdə, bu və digər sanitariya məqsədləri üçün Gates Fondu illik 80 milyon ABŞ dolları xərcləməyi planlaşdırır. Ümumdünya Səhiyyə Təşkilatı bu xərclərin 9 dəfə daha faydalı nəticələr verəcəyini praqnozlaşdırır.

a

a

Bu yazı The Economist-də dərc olunan “Flushed with pride” adlı məqaləyə istinad olaraq yazılıb.

Advertisements

Facebook

Link to my FB account=)

My Tweets

free counters

Calendar

November 2017
M T W T F S S
« Aug    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

My Flickr Photos

My Stats

wordpress visitor

My Blog Categories

Top Clicks

  • None
http://www.azadliq.org/ http://www.azadfikir.org/