Elchin Ibrahimov's blog

Archive for August 2012

Teslanın ABŞ-da tikilmiş yeni maşın fabrikindən, New York Times

Son illərdə sənaye robotlarının istehsalatda işlədilməsi çox sürətlə artır. Əlbəttə bu həm Avropada, həm də ABŞ-da bir çox debatlara səbəb olur. Əsas müzakirə edilən mövzu ixtisassız işçilərin robotlarla əvəz olunması və beləliklə də artan işsizlik probleminin daha da dərinləşməsidir.

Bu yazıda robotların harada və necə istifadə edildiyi haqqında və onların maddi tərəfdən nə qədər sərfəli olması haqqında danışacam. Sonda robotlaşmanın gələcəyi və bundan törəyən işsizlik problemi haqqında mütəxəssislərin fikirlərini bölüşəcəm.

Bir çox elektronik cihaz şirkətləri istehsalı Çində etməyi üstün tuturlar. Bu da  orada aşağı əmək haqqı və yüksək istehsalat tutumu  olmasından irəli gəlir. Elektronik cihazların yığılmasını avtomatlaşdırmaq qəliz məsələ sayılırdı, çünki proses illərdir ki insan əli vasitəsiylə olunurdu. Amma bu trend artıq dəyişir.

Philips Electronics-in Hollandiyadakı fabriki. New York Times

Məsələn, Philips Electronics-in Çindəki fabriki elektronik cihazları bu yolla yığır. Ancaq eyni cihazların yığılması Hollandiya daha avtomatlaşdırılmış fabrikdə 128 robot qollar vasitəsiylə yerinə yetirilir. Robotlara bərkidilmiş video kameralar onların hərəkətini koordisaniya edir. Bu robotların hal-hazırda sənayedə mövcüd olan teknikadan fərqi ondadır ki, onlar tək funksiyalı deyil. Onlar ardıcıl olaraq qaynaq, pərçimləmə, bağlama və komponent quraşdırma funksiyalarını yerinə yetirir. Bu da 4 robotun 1 robotda birləşdirilməsi deəməkdir. Eyni zamnda onlar insanlardan daha sürətli işləyir, fasilələrə ehtiyacları yoxdur və ilin 365 günü, günün 24 saatı işləyə bilirlər. Beləliklə Hollandiyadakı fabrik Çindəki işçilərdən 10 dəfə az insan işlətməklə daha sürətlə və daha məhsuldar cihazlar istehsal edə bilir.

Apple da daxil olmaqla bir çox smartphone istehsalçısının podratçısı olan Foxconn da robotların fabriklərində işlədilməsinə qərar verib. Yaxın bir neçə ildə Foxconn 1 milyondan çox robotun istifadə edilməsini plaşdırır ki, bu da 10 minlərlə işçinin işsizliyinə gətirib çıxaracaq.

Təyyarə istahsalçısı Boeing də artıq bir neçə ildir ki, robotları istehsalatda intensiv şəkildə istifadə edir. Boeing iddia edir ki, robotlar daha dəqiq – hətta insan gözləriylə görülə bilməyən prosesləri yerinə yetirir və daha təhlükəsiz istehsalat mühiti yaradır.

Maşın istehsalçıları da illərdir ki, robotlardan istifadə edir, amma ABŞ-ın Tesla Motors şirkəti avtomobillərin yığılmasında inqilabı bir addım atıb. Onun yeni elektrik maşını Tesla S çoxfunksiyalı robotlar vasitəsiylə yığılacaqdır. Beləliklə, fabrik 1 gündə 83 maşın yığma tutumuna malik olacaqdır. Eyni zamanda, gələcəkdə istehsal olunacaq jip modellər də həmin robotlarla yığıla biləcək. Tələb olunan robotların proqramını dəyişməkdir və onlar yeni modelin istehsalına dərhal hazır olacaqlar.

 

Bu yaxınlarda Hyundai və Beijing Motors da Tesla kimi avtomatlaşdrılmış fabrikdən istifadə etməyə başlayıblar. Pekində tikilən fabrik Teslanınkindən daha böyükdür və ildə 1 milyona yaxın nəqliyyat vasitəsi istehsal etmə tutumuna malikdir.

Robotların düşən qiymətləri və daha çox yayğınlığı onların istifadəsini də artırır. Robot istehsalçıları iddia edirlər ki, artıq robotları istehsalatda işlətmək insanlardan daha ucuzdur. Məs, ortalama 1 sənaye robot sisteminə 250.000 ABŞ dolları investisiya tələb olunur. Həmin robot 2 işçini əvəz edə biləcək. ABŞ-da ixtisassız işçi illik 50.000 ABŞ dolları alır, bu da o deməkdir ki, şirkət qoyduğu investisiyanı 2.5 ilə qaytara biləcək. Ortalama bu cür robotlaşdırılımış sistemlər 15 il işləyir və beləliklə şirkət robotu 12.5 il heç bir xərcsiz işlədə biləcək.

Hadisələrin bu gedişi işçiləri və həmkarlar ittifaqlarını qane etmir. Amma robotlaşdırma tərəfdarları iddia edirlər ki, istahsalat şirkətləri daha məhsuldar olacaq və ixtisassız işçilər ixtisaslaşdırma təlimlərindən keçərək daha yaxşı işlərdə çalışa biləcəklər. Eyni zamanda elə robotların istehsalı artacağı üçün həmin işçilər bu sahəyə yönləndilə bilərlər. Beynalxalq Robot Federasiyasının araşdırmasına görə artıq 150.000 insan robot sənayesində işləyir. 2011-ci ildə 1.1 milyon robot sənayedə istifadə olunub ki, bu da 1973-cü illə müqayisədə 367 dəfə artım, 2003-cü illə müqayisədə isə 37% artım deməkdir.

A

Bu yazı The New York Times-da dərc olunan “Skilled Work, Without the Worker” adlı məqaləyə istinad olaraq yazılıb.

a

Advertisements

Michael Hanson/Bill & Melinda Gates Fondu

2.5 milyard insanın sanitariya standartlarına uyğun tualetdən istifadə etməyə imkanı çatmır. Bu əsasən inkişaf etməmiş ölkələrdə yaşayan insanlardır ki, onların təmiz suya, elektrik enerjisindən və kanalizasiya sistemdən istifadə etməsi üçün lazımi infrastruktur yoxdur. Hər il minlərlə insan bu problemdən əziyyət çəkir və müxtəlif xəstəliklərə yoluxur.

Bunu nəzərə alaraq Bill Gates (Microsoft şirkətinin və Bill & Melinda Gates Fondunun qurucusu, filantropist) “Tualetin yenidən ixtira edilməsi” proyektini başlatmışdır. Onun fikrincə flaş tualet əsasən inkişaf etmiş və etməkdə olan ölkələrdə istifadə olunur və dünya əhalisinin 10 nəfərdən 4-nün bu cür tualetdən istifadə etməyə maddi imkanı çatmır. Buna görə də yeni və daha ucuz sanitariya standardtlarına uyğun gələn tualetin ixtirasına ehtiyac var.

Bu məqsədlə Bill & Melinda Gates Fondu müsabiqə elan etmişdir. Yeni tualet üçün bir sıra tələblər qoyulmuşdu: tualetdə sanitariya məqsədi üçün sudan istifadə olunmamalıdır (hal-hazırda istifadə etdiyimiz flaş tualet gündəlik içmək üçün istafdə etdiyimiz miqdardan 10 dəfə çox su sərf edir ki, bu da tükənən şirin su ehtiyatlarını səmərəsiz istifadəsinə səbəb olur), tualet çox ucuz və ekoloji davamlı olmalıdır və tualet insan nəcisini və sidiyi təkrar emal etmək üçün istifadə olunmalıdır. Beləliklə həmin tualet heç bir kənar infrastruktur (su, elektrik və kanalizasiya sistemi) olmadan fəaliyyət göstərməli, sanitariyanı bərpa edə bilməli və insan tullantılarını emal edib su, enerji və digər bəsləyici maddələr (duz və s.) istehsal etmə funksiyasına malik olmalıdır.

Keçən həftə proyektin qalibləri məlub olub:

3-cü yeri Toronto Universitetinin araşdırmaçıları qazanıb. Onların hazırladığı tualet qumdan istifadə edərək sidiyi filtrə edir və sidiyin qalığını ultrabənövşəyi işığın alında sterilizə edir. Nəcis isə qurudularaq qumdan hazırlanmış sobaya ötürülür və orada yandırılır. Beləliklə, 10 nəfərin tualet tullantıları 2 saat ərzində bu yolla təmizlənə bilər, bu prosesin nəticəsində qum və təmiz su qalır.

California Institute of Technology Prototype

Qalib Kaliforniya Texnalogiya İnstitutundan Michael Hoffman-ın prototipi

2-ci yeri Britaniyanın Loughborough Universitetindən olan kimya mühəndisləri tutub. Onların ixtiralarına görə sidik və nəcis xüsusi aparata yeridilərək orada 200 dərəcə istilikdə yüksək təzyiq altında emal edilir, bu da potogenləri öldürür. Daha sonra bu qarışığa birdən-birə atmosfer təzyiqiylə təsir edilir ki, bu da mayenin və qazların ayrılmasına gətirib çaxarır. Qaz istiliyi saxlamaq üçün, maye isə metanol əldə edib sistemin enerjisini təmin etmək üçün istifadə edilir (bəzən artıq qalan metanol məişət mədsədlər üçün də istifadə oluna bilər).

1-ci yerin qalibiysə Kaliforniya Texnalogiya İnstitutundan Michael Hoffman olub. O, ixtirası üçün 100.000 ABŞ dolları qazanıb. Onun hazırladığı tualet günəş enerjisindən istifadə edərək elektrokimyəvi proses quraraq, sidikdəki suyu parçalayaraq hidrogen və oksigənə çevirir. Hidrogen məişətdə və elektrik enerjisi istehsalı üçün istifadə edilə bilər. Oksigen isə sidikdəki duzla reaksiyaya girib xlor əmələ gətirir ki, bu da tualetin dezinfeksiya edilməsi üçün ideal vasitədir. Nəcisin qalıntılarıysa gübrə kimi istifadə oluna bilər.

Növbəti addım bu ideyaların prototiplərini testdən keçirtməkdir. Bu zaman hansı ideyanın daha real olduğu məlum olacaq.

Ümumilikdə, bu və digər sanitariya məqsədləri üçün Gates Fondu illik 80 milyon ABŞ dolları xərcləməyi planlaşdırır. Ümumdünya Səhiyyə Təşkilatı bu xərclərin 9 dəfə daha faydalı nəticələr verəcəyini praqnozlaşdırır.

a

a

Bu yazı The Economist-də dərc olunan “Flushed with pride” adlı məqaləyə istinad olaraq yazılıb.


Facebook

Link to my FB account=)

My Tweets

Error: Twitter did not respond. Please wait a few minutes and refresh this page.

free counters

Calendar

August 2012
M T W T F S S
« Jun    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

My Flickr Photos

My Stats

wordpress visitor

My Blog Categories

Top Clicks

  • None
http://www.azadliq.org/ http://www.azadfikir.org/