Elchin Ibrahimov's blog

ASAIF Strasbourg (France) Forumu barədə fikirlərim

Posted on: March 16, 2011

İlk öncə qeyd etməliyəm ki, forum “Azerbaijan 20 – Visions 2020” başlığı altında keçirilirdi. Forumun ilk günü açılış və ASAIF haqqında ümumi məlumat , ikinci gün isə panel müzakirələri, Azərbaycanın Avropanın müxtəlif ölkələrində olan səfirləriylə görüş (France, EU, Belgium, Germany, Poland, Netherlands və UK) və “Azerbaijan night” adlı jazz konsertlə bitdi.

Forum zamanı yadımda qalan və xüsusiylə vurğulamaq istədiyim bir neçə məqam var:

  • Fikrimcə rəsmi açılışın “The Palais de l’Europe”- da (Council of Europe, Parliamentary Assembling building) keçirilməsi forumda iştirak edən gənclərə çox uğurlu bir mesaj oldu. Biz də çalışıb dövlətimizin bizə olduğu etimadını qırmamalı və Azərbaycanı xarici ölkələrdə layiqincə təmsil etməliyik.
  • İstər rəsmi çıxışlar zamanı, istərsə də müzakirələrdə çox maraqlı fikirlərlə çıxış edən, eyni zamanda Forumun reallaşmasında böyük əməyi keçən Elnur Aslanov-a (Prezident Aparatı, Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsi ) dərin təşəkkürümü çatdırmaq istəyirəm.
  • Forum zamanı bir neçə tapıntılarım da oldu:
  1. ABŞ-da fəaliyyət göstərən “Karabakh Foundation”. Əslində belə bir təşkilatın mövcudluğu haqqında heç  eşitməmişdim. Amma Forum zamanı təqdimatlarından və veb saytlarındakı məlumatlardan görünür ki, çox faydalı və professional səviyyədə olan işlərlə məşğuldurlar. Onlara gələcək fəaliyyətlərində uğurlar.
  2. Dr. Cem Oğuzun “Refugee: Long journey of Anar Usubov” adlı filmi. Film Anarın uşaqlıq illərində yaşadığı Qarabağ həyatından daha sonralar müharibə, Azərbaycanın müxtəlif rayonlarda məcburi köçkün həyatı və ən sonda Bakıda yerləşərək davam etdiyi uzun və keşməkeşli həyat yolundan bəhs edir. Filmdə olan bütün obrazlar bu və ya digər şəkildə Anarla bağlıdır və film onun başına gələn hadisələri anlatmasıyla davam edir. İndiyə kimi Qarabağ müharibəsinə aid çəkilən filmlərlə müqayisədə Anarın həyat yolu öz təsirliliyi, ağır səhnələrə daha az yer verilməsi (bu da xarici auditoriyada göstərilərkən bir avantajdır, çünki hər hansı bir inkişaf etmiş ölkə vətəndaşına Azərbaycanda hansı müharibə olmasından daha çox, müharibənin insanların həyatında vurduğu ziyan və insan haqları mövzuları daha cəlbedici gəlir) və kreativliyi ilə diqqətimi cəlb etdi. Cem bəyə və filmin ərsəyə gəlməsində əməyi keçən hər bir kəsə dərin təşəkkürlər.

Forumun ikinci günü 12 Martda 4 panel üzrə müzakirələr oldu:

The Palais de l’Europe, Official opening of ASAIF Forum

  1. Networking and Exploring New Tools to Promote Azerbaijan
  2. Human Capital as a Priority
  3. Youth and Public Diplomacy
  4. Azerbaijanism – Unity for Future

Mən 3-cü panelə qatılmışdım. Paneldə maraqlı çıxışlar və müzakirələr oldu. Ən çox müzakirə olunan mövzu Qarabağ probleminin xarici ölkələrdə necə təqdim olunması və daha effktiv yolların tapılması oldu. Məs, yadımda qalan təkliflərdən biri küçədə və ya hər hansı bir universitetdə bir neçə musiqi alətiylə kiçik bir konsert vermək və ətrafa Qarabağa aid məlumatların olduğu stendlər  qoymaq, ilk öncə xaricilərə azərbaycanı, Qarabağı tanıtmaq və sevdirmək, daha sonra Onun problemləri haqqında danışmaq, Qarabağla bağlı kitabların yazılması üçün xarici araşdırmaçıların cəlb edilməsi, xarici ölkələrdəki kitabxanalara Azərbaycan və Qarabağ probleminə aid kitabların verilməsi və s.

Həmçinin panelimizin qonaqlarından olan Elnur Baimovun www.news.azwww.armenia.az vebsaytlarını  xüsusiylə vurğulamaq istərdim. İlk sayt Azərbaycana aid xəbərlərinin ingiliscə təqdim olunmasına istiqamətləndirilib və professionallığı ilə diqqəti cəlb edir. İkinci sayt isə deyərdim ki, hal-hazırda bizə çox lazım olan və gerçəkdən çox maraqlı bir layihə olan Azərbaycana aid xəbərlərin erməni dilində təqdimatına yönləndirilib (erməni dilində Azərbaycan xəbər portalı). Bu sayt Azərbaycanda yaşayan ermənilərə və Ermənistanda yaşayan azərbaycan xəbərləriylə maraqlanan auditoriya üçün nəzərdə tutulub. Hər iki sayta uğurlar arzu edirəm.

Ümumilikdə demək olar ki, forum çox uğurlu keçdi. Uğurlardan biri hökumət rəsmilərinin gənclərlə qeyri rəsmi və dost kimi ünsiyyətləri oldu. Məni çox təəcccübləndirən bir məqam da oldu. Nahar yeməyi zamanı çox uzun növbələr olurdu. Düşünürdüm ki, nazirlər, dövlət rəsmiləri və səfirlər üçün xüsusi bir yer olacaq amma yanılmışdım. Onlar da bizimlə bir növbəyə dayanaraq, əlavə suallarımıza və fikirlərimizə qulaq asır və sanki hər zaman bizimlə bir olub, bizə dəstək olacaqları mesajını verirdi.

Sonda Fransa səfirliyimizin təşkil etdiyi Emil Əfrasiyab və Tünzalə Ağayevanın iştirakıyla “Azerbaijan Night” konsert proqramını da xüsusiylə vurğulamaq istəyirəm. Konsert zamanı çəkdiyim veideolara aşağıda baxa bilərsiniz.

Bir daha Forumun ərsəyə gəlməsində əməyi keçən insanlara, xüsusiylə ASAIF idarə heyyətinə və 30-a yaxın ölkədən gələrək aktiv iştirak edən gənclərə dərin təşəkkürlər. İnşallah axarıncı Forumlarda görüşənədək.

Reception zamanı Jazz konsertdən parçalar (digər videolar üçün mənim Youtube kanalıma tıklayın).

Advertisements

2 Responses to "ASAIF Strasbourg (France) Forumu barədə fikirlərim"

Təşəkkür Elçin təəssüratları paylaşdığın üçün. Elə mən də hazırlaşırdım forum haqqında səndən soruşum. Bundan sonra da davamlı olar deyə ümid edirəm.

Təşəkkürlər.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Facebook

Link to my FB account=)

My Tweets

free counters

Calendar

March 2011
M T W T F S S
« Feb   Jun »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

My Flickr Photos

My Stats

wordpress visitor

My Blog Categories

Top Clicks

  • None
http://www.azadliq.org/ http://www.azadfikir.org/
%d bloggers like this: