Elchin Ibrahimov's blog

Archive for December 2010

Halley’in Newton’la görüşməsi elmin tarixində ən vacib görüş hesab olunur. Gənc astronom Edmund Halley İsaac Newton’un yanına gəlib, sualını verməsəydi və cavabını təkidlə istəməsəydi, elmin və tarixin sonrakı inkişafı necə olardı, görəsən?

 

1684-cü ildə gənc astronom Edmund Halley İsaac Newton’dan soruşdu – Günəşə doğru cazibə gücün Günəşə qədər məsafənin kvadratına bərabər olan planetin orbiti nə şəkildədir? Newton dərhal cavab verdi: ”Ellips”. Düşünmədən verilmiş cavaba təəccüblənmiş Halley soruşdu: “Bunu hardan bildiniz?” Newton dedi: “Hesablamışam”.

Halley hesablamaları dərhal ona göstərilməsini xahiş etdi. Masanın üstündəki kağızların arasında hesablamaları axtardığını göstərməyə çalışan Newton, utanaraq dedi: “Nəsə tapa bilmirəm, görünür başqa yerdədir. Tapandan sonra Sizə göndərərəm”.

Newton yalan dedi, hesablaması heç yox idi. Cavabını bədahətən verib. Nəticəyə sübutsuz vardığını etiraf etməyə utandığından hesablamalarının guya oldğunu, amma tapa bilmədiyini deməli oldu. Sonra Halley’in sualını cavabsız qoymamaq üçün hesablamalarına başlayıb.

Nəticədə, doğrudan da ellips alınıb. Newton’un intuitiv cavabı yekunda doğru çıxdı. Amma, hesablama 18 ay çəkdi və üç cildlik əsərə çevrildi – “Philosophiae Naturalis Principia Mathematica” (“Təbiət Fəlsəfəsinin Riyazi Prinsipləri).

 

Erkin Gadirli


Facebook

Link to my FB account=)

My Tweets

free counters

Calendar

December 2010
M T W T F S S
« Nov   Jan »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

My Flickr Photos

My Stats

wordpress visitor

My Blog Categories

Top Clicks

  • None
http://www.azadliq.org/ http://www.azadfikir.org/