Elchin Ibrahimov's blog

Archive for May 2010

For english below

Danimarka və İşveçin Malmö şəhərində yaşayan azərbaycanlılar “Respublika Günü” münasibətiylə 29 May 2010-cu ildə Kopenhagenin mərkəzində yerləşən Ratuşa meydanında (Rådhusplads) “Danimarkada Azərbaycan Mədəniyyəti Günü” keçirdilər.

Tədbirin keçirilməsində əsas məqsəd Şərqin ilk demokratik dövləti ADR-i anmaq, eyni zamanda qədim tarixə, zəngin mədəniyyətə, adət-ənənələrə və çoxəsrlik inkişaf yolu keçmiş özünəməxsus musiqiyə malik bir ölkə – Azərbaycanı danımarkılalara, eyni zamanda şəhərin qonağı olan digər avropalılara tanıtmaq idi.

Tədbiri Azərbaycanın Böyük Britaniya və Danimarkadakı fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanov bu günün önəmi haqqında danışmaqla açdı. Daha sonra ADR-in tarixi haqqında qonaqlara məlumat verildi. Eyni zamanda meydandan keçən insanların Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ problemi haqqında hazırlanmış informasiya lövhələrini oxumaq, maraqlandıqları mövzularda suallar vermək imkanları oldu. Həmçinin onlar Azərbaycan milli geyimlərini, musiqi alətlərini görmək, informasiya broşuralarını, kitabçaları əldə etmək, eyni zamanda çox dadlı şirniyyatlarımızı dadmaq şansı əldə etdilər.

Daha sonra Azərbaycan Dövlət Rəqs ansamblının və Azərinin ifasında açıq havada konsert proqramı oldu. Konsert danimarkalılar tərəfindən çox böyük bir maraqla qarşılandı, hətta bəzi xaricilər milli rəqslərimizi oynamağa başladılar. Eyni zamanda bütün tədbir boyu Azərbaycan milli musiqisi, muğam, jaz, opera və s. kimi rəngarəng musiqi parçaları bütün meydan boyunca səsləndi.

Tədbirin keçirilməsinə göstərdiyi böyük dəstəyə görə:

  • Azərbaycan Respublikasının Böyük Britaniya və Danimarka üzrə Səfirliyinə, xüsusiylə səfir Fəxrəddin Qurbanova,
  • Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə,
  • Avropa Azərbaycan Cəmiyyətinə,
  • Danimaka-Azərbaycan “Vətən” cəmiyyətinə,
  • Kopenhagen şəhər Bələdiyyəsinə,
  • “Azərbaycan Kültür Ocağı”-a (Arhus, Danimarka)
  • “Azər” Cəmiyyətinə (Malmö, İsveç)

dərin təşəkkürümüzü bildiririk.

a

Böyük sevgilərlə,

Danimarkada yaşayan azərbaycanlılar!

———————————————————————————————–

Azerbaijani Community of Denmark and Malmö (Sweden) held the largest ever “Azerbaijani Culture Day” in Copenhagen, on May 29, 2010. They celebrated “Rebuplic Day” – which is the foundation day of the first Democratic Republic (ADR) in the East dating back to May 28, 1918.

The event was opened by Fakhraddin Gurbanov – ambassador of the Republic of Azerbaijan in the UK and Denmark, who recalled the history and importance of this day and congratulated all the azerbaijanis.

There were exhibition about the Azerbaijan history, culture, traditions, national closes, musical instruments and azeri cuisine all over the City Hall Square (Rådhuspladsen). People passing through the event place had a chance to listen the azeri music and taste the delicious sweets from Azerbaijan. Also information stands were very useful in presenting different aspects of our culture from magical carpets to striking miniatures of Azerbaijan.

The event concluded with a live concert featuring the State Dance Ensemble with their breathtaking azeri folklore dances and distinguishing Azerbaijani singer Azerin.

The event aimed at strengthening relations between our nations, and is tailored to introduce old and rich Azerbaijani culture & traditions to the people of Denmark and provide them with more information about the “Land of Fire”.

We would like to express our appreciation to the:

  • Embassy of the Republic of Azerbaijan in the UK, especially ambassador Fakhraddin Gurbanov,
  • The Ministry of Culture and Tourism of AR,
  • The European Azerbaijan Society,
  • Copenhagen Commune,
  • Denmark-Azerbaijan Society “Vətən”,
  • Azerbaijan Cultural House (Arhus, Denmark),
  • “Azər” Society (Malmö, Sweden)

in helping us to hold this great cultural event.

in media

Best wishes

Azerbaijan Community in Denmark

Danimarka və İşveçin Malmö şəhərində yaşayan azərbaycanlılar “Respublika Günü” münasibətiylə 29 May 2010-cu ildə Kopenhagenin mərkəzində yerləşən Ratuşa meydanında (Rådhusplads) “Danimarkada Azərbaycan Mədəniyyəti Günü” keçirəcək.

Tədbirin keçirilməsində əsas məqsəd Şərqin ilk demokratik dövləti ADR-i anmaq, eyni zamanda qədim tarixə, zəngin mədəniyyətə, adət-ənənələrə və çoxəsrlik inkişaf yolu keçmiş özünəməxsus musiqiyə malik bir ölkə- Azərbaycanı danimarkalılara, eyni zamanda şəhərin qonağı olan digər avropalılara tanıtmaqdır.

Tədbirə Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ problemi haqqında hazırlanmış sərgi ilə start veriləcək. Ratuşa meydanından keçən insanların Azərbaycan milli geyimlərini görmək, informasiya broşuralarını, kitabçaları əldə etmək, eyni zamanda çox dadlı şirniyyatlarımızı dadmaq şansı olacaq.

Daha sonra Azərbaycan Dövlət Rəqs ansamblının və Azərin xanımın ifasında açıq havada konsert proqramı olacaq. Eyni zamanda bütün tədbir boyu Azərbaycan milli musiqisi, muğam, jaz, opera və s. kimi rəngarəng musiqi parçaları bütün meydan boyunca səslənəcək.

Tədbirin keçirilməsinə göstərdiyi böyük dəstəyə görə:

  • Azəbaycan Respublikası Böyük Britaniya vəDanimarka üzrə Səfirliyinə, xüsusiylə səfir Fəxrəddin Qurbanova,
  • Azəbaycan Respublikası Mədəniyyət vəTurizm Nazirliyinə,
  • Avropa Azərbaycan Cəmiyyətinə,
  • Danimaka-Azəbaycan “Vətən” cəmiyyətinə,
  • Kopenhagen şəhər Bələdiyyəsinə,

dərin təşəkkürümüzü bildiririk.

a

Böyük sevgilərlə,

Danimarkada yaşayan azəbaycanlılar!


Facebook

Link to my FB account=)

My Tweets

free counters

Calendar

May 2010
M T W T F S S
« Feb   Aug »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

My Flickr Photos

My Stats

wordpress visitor

My Blog Categories

Top Clicks

  • None
http://www.azadliq.org/ http://www.azadfikir.org/