Elchin Ibrahimov's blog

Danimarkada seçilmiş Bakalavr ixtisasları üzrə Tam Təqaüd Proqramı

Posted on: February 4, 2010

Əziz gənclər Danimarka Təhsil Nazirliyi aşağıda siyahısı verilmiş Bakalavr ixtisasları üzrə Danimarka universitetlərinə qəbul olan bacarıqlı və yüksək motivasiyalı tələblərə Tam Təqaüd Proqramı təklif edir. Bu təqaüd tələbələrin illik təhsil haqqını və aylıq yaşama xərclərini (təx. aylıq 650 avro) qarşılayır. Təqaüd proqramında iştirak etmək üçün tələbələr öncə Danimarka universitetlərindən hər hansı birinə qəbul olmalı, daha sonra universitet öz növbəsində tələbənin həmin proqrama uyğun olduğunu təsdiqləyərək Danimarka Təhsil Nazirliyinə həmin tələbəyə təqaüd verilməsi haqqında  müraciət etməlidir. Təqaüd bütün təhsil müddəti ərzində verilir.

a

Təqaüd aşağıdakı Bakalavr  ixtisasları üzrə verilir:

 

Eyni zamanda təqaüdlər Akademik Professional Dərəcə  (Academy Profession degree) proqramları üzrə də verilir. APD- xüsusi ixsaslaşmış təhsil də adlandırıla bilər. Buraya daxil olmaq üçün əsas şərt məktəbi bitirmə diplomu hesab edilir. Təhsil əsasən 2 il çəkir. Təhsil zamanı sırf seçdiyiniz ixtisasa aid dərslər və praktik biliklər öyrədilir. Buraya daxil olan proqramlar aşağıdakılardır:

a

 

Təqaüd üçün son müddət Martın 15-dir. Aşadakı linkə tıklayaraq Təqaüd proqramı və Sizi maraqlandıran digər suallar barədə ətraflı məlumat ala bilərsiniz.

http://studyindenmark.dk/tuition-and-scholarships/scholarship-scheme

 a

Sualınız olarsa, burada şərh kimi yazmağınız xahış olunur. Qısa zamanda cavablandırmağa çalışacağam.

a

Qeyd:  Mən hal-hazırda bu Təqaüd proqramı ilə  Danimarkada təhsil alıram.

Advertisements

25 Responses to "Danimarkada seçilmiş Bakalavr ixtisasları üzrə Tam Təqaüd Proqramı"

Cox sagol Elchin melumatlara gore.

Məlumata görə çox sağ ol! Amma zehmet olmasa, daha ətraflı göstərin hansı mənbəyə ərizə vermək üçün müraciət etmək lazımdır.

Nurlan seçdiyin universitetə ilk olaraq sənədlərini göndərməlisən. Hər bir universitetin veb saytına ərizə üçün tələb olunan sənədlər göstərilir.

“Təqaüd proqramında iştirak etmək üçün tələbələr öncə Danimarka universitetlərindən hər hansı birinə qəbul olmalı, daha sonra universitet öz növbəsində tələbənin həmin proqrama uyğun olduğunu təsdiqləyərək Danimarka Təhsil Nazirliyinə həmin tələbəyə təqaüd verilməsi haqqında müraciət etməlidir.”

Yəni Siz ilk öncə seçdiyiniz universitetə ərizə göndərməlisiniz və onlar Sizi qəbul etdikdən sonra, artıq Universitet özü Danimarka Təhsil Nazirliyinə sizə təqaüd verilməsi haqda müraciət edir.

bu teqaud ucun yalniz 2010 da muraciet lazimdir yoxsa sonraki illerde de olar??

Sonrakı illərdə də olar.

tesekkurler.Allah razi olsun.

bu teqaud programi danimarkanin butun universitetlerine aiddi ??

Vüsal, bütün universitetlərə aiddir. Amma yaxşı olar ki, əvvəlcədən universitetlə əlaqə saxlayıb bu proqrama başqurmaq istəyinizi deyəsiniz. Bəlkə onlar Sizə bu işdə daha yaxından kömək edə bilər və məsləhətlər verə bilər.

yoxsa sadece mueyyen universitetlere???

salam menim sizden sorusmaq ieterdimki tehsil pulludur ve neden imhatah vermek lazimdir ? ilk once size minnetdaram

Salam Aynur. Bəli təhsil pulludur amma yuxarıda yazdığım təqaüd təhsil haqqını qarşılayır.

Salam.Men de bu program vasitesile danimarkada oxumaq isteyirem.Men her hansi danimarka universitetine qebul oldum.sonra universitet ozu mene diyecek ki sen tam teqaud programi ile oxuyacaqsan yoxsa o hisse nece olur ? Onu zehmet olmasa izah eleyinde

Salam Zaur. Universitetə apply edəndə onlara yazmalısan ki Danimarka Təhsil Nazirliyinin verdiyi təqaüdü də almaq istəyirsən. Onlara səni bu haqda məlumatlandıracaqlar. Uğurlar

onda evvel apply edim. sonra onlara bildirim ki,men sizin tehsil nazirliyiniz in verdiyi teqaudle oxumaq isteyirem

Salam… Men de bu teqaud proqrami vasitesile Danimarka da tehsil almaq isteyirem.. Bilmek isterdim ki Danimarkada ancaq yazdiginiz ixtisaslarda tehsil almaq mumkundur???

Salam Rüstəm, yox digər ixtisaslar üzrə də təhsil almaq və təqaüd qazanmaq olur.

Salam admin… Men de bu teqaud proqrami ile tehsil almaq isteyirem amma bilmek istiyirem ki Danimarkada humanitar elmlere le bagli bakalavr tehsili movcuddurmu?? Xahis edirem en qisa zamanda cavablandirasiz.. Tesekkurler

Salam, bəli mümükündür.

Salam Elcin.Men 2ci kurs telebesiyem.turizm fakultesinde tehsil aliram.indi danimarka uiverstetlerinden birine daxil olma yolu necedir ? nedense imtahan vermeliyem yoxsa atestat,uniye giris balin,unideki ballarin,ielts balin ve s. Lazimdir? Tam olaraq bizden uni ne teleb eliyir ve hansi seviyyede? Indiden cavaba gore tewekkurler

Salam Əli, qəbul imtahanı yoxdur, sadəcə lazımi sənədləri uni-yə göndərirsən, vəssalam. Çalış uni-lərin vebsaytında ətraflı qəbul qaydaları haqqında oxu.

Salam men BDUnun biokimya ixtisasin bitrimiwem. Magistr tehsili ucun danimarkani sece bilerem? Ps ingilis dilinde tehsil ucun

Salam men sadece IELTS imtahanin verib danimarka universitetelerine devet gondere bilerem ? Birde universitet teqaud verende neyi nezere alir ?

salam.adim Elcin.men denizde iwleyirem. neft akademiyasinin enregetika fakultesini bitirmiwem ve bu ixtisas uzre iwlemiwem.men danimarkada Safety engnieer ixtisasi uzre magistr tehsili alla bilerem teqaudle?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Facebook

Link to my FB account=)

My Tweets

Error: Twitter did not respond. Please wait a few minutes and refresh this page.

free counters

Calendar

February 2010
M T W T F S S
« Nov   May »
1234567
891011121314
15161718192021
22232425262728

My Flickr Photos

My Stats

wordpress visitor

My Blog Categories

Top Clicks

  • None
http://www.azadliq.org/ http://www.azadfikir.org/
%d bloggers like this: