Posted by: mylifenet on: March 16, 2011
İlk öncə qeyd etməliyəm ki, forum “Azerbaijan 20 – Visions 2020” başlığı altında keçirilirdi. Forumun ilk günü açılış və ASAIF haqqında ümumi məlumat , ikinci gün isə panel müzakirələri, Azərbaycanın Avropanın müxtəlif ölkələrində olan səfirləriylə görüş (France, EU, Belgium, Germany, Poland, Netherlands və UK) və “Azerbaijan night” adlı jazz konsertlə bitdi.
Forum zamanı yadımda qalan və xüsusiylə vurğulamaq istədiyim bir neçə məqam var:
Forumun ikinci günü 12 Martda 4 panel üzrə müzakirələr oldu:
Mən 3-cü panelə qatılmışdım. Paneldə maraqlı çıxışlar və müzakirələr oldu. Ən çox müzakirə olunan mövzu Qarabağ probleminin xarici ölkələrdə necə təqdim olunması və daha effktiv yolların tapılması oldu. Məs, yadımda qalan təkliflərdən biri küçədə və ya hər hansı bir universitetdə bir neçə musiqi alətiylə kiçik bir konsert vermək və ətrafa Qarabağa aid məlumatların olduğu stendlər qoymaq, ilk öncə xaricilərə azərbaycanı, Qarabağı tanıtmaq və sevdirmək, daha sonra Onun problemləri haqqında danışmaq, Qarabağla bağlı kitabların yazılması üçün xarici araşdırmaçıların cəlb edilməsi, xarici ölkələrdəki kitabxanalara Azərbaycan və Qarabağ probleminə aid kitabların verilməsi və s.
Həmçinin panelimizin qonaqlarından olan Elnur Baimovun www.news.az və www.armenia.az vebsaytlarını xüsusiylə vurğulamaq istərdim. İlk sayt Azərbaycana aid xəbərlərinin ingiliscə təqdim olunmasına istiqamətləndirilib və professionallığı ilə diqqəti cəlb edir. İkinci sayt isə deyərdim ki, hal-hazırda bizə çox lazım olan və gerçəkdən çox maraqlı bir layihə olan Azərbaycana aid xəbərlərin erməni dilində təqdimatına yönləndirilib (erməni dilində Azərbaycan xəbər portalı). Bu sayt Azərbaycanda yaşayan ermənilərə və Ermənistanda yaşayan azərbaycan xəbərləriylə maraqlanan auditoriya üçün nəzərdə tutulub. Hər iki sayta uğurlar arzu edirəm.
Ümumilikdə demək olar ki, forum çox uğurlu keçdi. Uğurlardan biri hökumət rəsmilərinin gənclərlə qeyri rəsmi və dost kimi ünsiyyətləri oldu. Məni çox təəcccübləndirən bir məqam da oldu. Nahar yeməyi zamanı çox uzun növbələr olurdu. Düşünürdüm ki, nazirlər, dövlət rəsmiləri və səfirlər üçün xüsusi bir yer olacaq amma yanılmışdım. Onlar da bizimlə bir növbəyə dayanaraq, əlavə suallarımıza və fikirlərimizə qulaq asır və sanki hər zaman bizimlə bir olub, bizə dəstək olacaqları mesajını verirdi.
Sonda Fransa səfirliyimizin təşkil etdiyi Emil Əfrasiyab və Tünzalə Ağayevanın iştirakıyla “Azerbaijan Night” konsert proqramını da xüsusiylə vurğulamaq istəyirəm. Konsert zamanı çəkdiyim veideolara aşağıda baxa bilərsiniz.
Bir daha Forumun ərsəyə gəlməsində əməyi keçən insanlara, xüsusiylə ASAIF idarə heyyətinə və 30-a yaxın ölkədən gələrək aktiv iştirak edən gənclərə dərin təşəkkürlər. İnşallah axarıncı Forumlarda görüşənədək.
Reception zamanı Jazz konsertdən parçalar (digər videolar üçün mənim Youtube kanalıma tıklayın).
| Hood on Joshua Bell experiment | |
| Do we perceive … on Joshua Bell experiment | |
| zaur on Danimarkada seçilmiş Bakalavr … | |
| mylifenet on Danimarkada seçilmiş Bakalavr … | |
| mylifenet on Danimarkada seçilmiş Bakalavr … |
|
Theme: Albeo by Design Disease.
March 16, 2011 at 9:50 am
Təşəkkür Elçin təəssüratları paylaşdığın üçün. Elə mən də hazırlaşırdım forum haqqında səndən soruşum. Bundan sonra da davamlı olar deyə ümid edirəm.